Lodi “Marsel”də
13.07.2023 - 20:34
Lodi “Marsel”də

Brazilyalı müdafiəçi Lodi “Marsel”ə keçəcək.

Apasport.az saytı xəbər verir ki, “Atletiko” bu transferdən 13 milyon avro qazanacaq.

Madrid klubu gələcək satışdan 20 faiz pay alacaq. 25 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. 

Qeyd edək ki, Lodi ötən mövsümü icarə əsasında “Nottingem Forest”də keçirib. O, Premyer Liqada 28 oyunda bir dəfə fərqlənib.
 

writer photo
Əlirza Əlirzalı
0