Renat Dadaşov “Hatayspor”u tərk edib
28.05.2024 - 17:36
Renat Dadaşov “Hatayspor”u tərk edib

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “Hatayspor”dan ayrılıb.

Apasport.az xəbər verir ki, hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşıb edib.

Dadaşov azarkeşlərə vidalaşıb və hər şeyə görə Hataya təşəkkür edib.

Paylaşıma Dadaşovun “Hatayspor”dan komanda yoldaşları və azarkeşlərin müsbət rəylər yazıblar.

writer photo
Əlirza Əlirzalı
0