“Tottenhem”dən Keyn qərarı
10.07.2023 - 13:42
“Tottenhem”dən Keyn qərarı

“Tottenhem” hücumçusu Harri Keyni satmaqdan imtina edib.

Apasport.az saytı xəbər verir ki, ingilislər “Bavariya”nın 29 yaşlı forvard üçün 80 milyon avroluq təklifinə “yox” deyib.

Danışıqları davam etdirən almanlar isə istəyindən dönmək fikrində deyillər. Onlar Keyn üçün əlavə bonuslar da ödəməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Keynin "Tottenhem"lə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Hücumçu ötən mövsüm bütün turnirlərdə 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0