Pol Poqba yarışlardan kənarlaşdırıldı - DOPİNQ
12.09.2023 - 09:38
Pol Poqba yarışlardan kənarlaşdırıldı - DOPİNQ

"Yuventus" futbolçusu Pol Poqbanın cəzalandırıldığını təsdiqləyib.

Apasport.az saytı xəbər verir ki, yarımmüdafiəçi yerli Milli Antidopinq Tribunalı tərəfindən müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.

Buna səbəb avqustun 20-də 30 yaşlı fransızdan götürülən dopinq-testlərin nəticəsinin müsbət olmasıdır. Prosesləri diqqətlə izlədiyini deyən “qoca sinyora” rəsmiləri tribunalın qərarına əsasən hərəkət etmək niyyətindədir. Poqbadan bugünlərdə B testi götürüləcək. 

Qeyd edək ki, futbolçunun ilk dopinq testində qanında qeyri-endogen mənşəli testosteron metabolitləri aşkar edilib. 

writer photo
Əlirza Əlirzalı
0