Avropanın ən uğursuz transferləri - "10-luq"
31.05.2023 - 21:15
Avropanın ən uğursuz transferləri - "10-luq"

Avropada mövsümün ən uğursuz transferləri açıqlanıb.

Apasport.az saytı xəbər verir ki, siyahıya “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba başçılıq edir.

Fransa yığmasının üzvü azad agent kimi komandaya keçsə də, uğursuz mövsümlə yadda qalıb. Siyahıda ikinci yerdə “Tottenhem”in 60 milyon funt ödədiyi Rişarlison qərarlaşıb. “Çelsi”nin böyük ümidlərlə transfer etdiyi Mark Kukurelya isə üçüncüdür. 

Qeyd edək ki, “onluq”da Mane və Antonio kimi futbolçuların da adına rast gəlmək olar.

1. Pol Poqba (“Yuventus”, ödənişsiz)
2. Rişarlison (“Tottenhem”, 60 milyon funt)
3. Mark Kukurelya (“Çelsi”, 63 milyon funt)
4. Serjinyo Dest (“Milan”, ödənişsiz)
5. Kelvin Fillips (“Mançester Siti”, 42 milyon funt)
6. Cessi Linqar (“Nottingem Forest”, ödənişsiz)
7. Mixail Mudrik (“Çelsi”, 88,5 milyon funt)
8. Sado Mane (“Bavariya”, 35 milyon funt)
9. Antonu (“Mançester Yunayted, 85 milyon funt”
10. Kallum Hodson-Odoi (“Bayer”, icarə)
 

writer photo
Əlirza Əlirzalı
0