Mbappe onu kral ADLANDIRDI
12.12.2022 - 22:31
Mbappe onu kral ADLANDIRDI

Portuqaliya millisinin dünya çempionatında mübarizəni dayandırması ilə bağlı Kriştianu Ronaldonun sosial şəbəkədə paylaşımına reaksiyalar müxtəlif olub. 

Apasport.az saytı xəbər verir ki, Fransa yığmasının hücumçusu Kilian Mbappenin “post”a yazdığı şərh diqqətləri çəkib. 

24 yaşlı forvard Ronaldonun paylaşımına emojilər yerləşdirib. O, dünya rekordçusunu kral, azarkeş sevgisini qazanan və bütün zamanların ən mükəmməli saydığını etiraf edib. 

Qeyd edək ki, beşinci dəfə dünya çempionatında oynayan 37 yaşlı Ronaldo mundialda 22 matçda 8 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0