"Turan Tovuz"dan yeni müqavilə
01.02.2024 - 23:19
"Turan Tovuz"dan yeni müqavilə

Azərbaycan Premyer Liqası təmsilçisi "Turan Tovuz" gənc futbolçusu ilə yeni müqavilə imzalayıb. 

Apasport.az xəbər verir ki, Sadiq Şəfiyev daha 3 il komandada çıxış edəcək.

Şəfiyev 2022/2023 mövsümündən klubun əsas komandasında oynamaq şansı qazanıb. 18 yaşlı hücumçu bu mövsümdə 4 oyunda meydana çıxıb.

Qeyd edək ki, Sadiq Azərbaycanın aşağı yaş qruplarında milli komandalarda da oynayıb.

writer photo
Əlirza Əlirzalı
0