Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan idman jurnalistləri arasında şahmat turniri keçirilib.
Apasport.az AŞF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın reqlamentinə əsasən, hər oyuna 10 dəqiqə vaxt ayrılmaqla hər gedişə 5 saniyə əlavə edilib.
Yekunda Ceyhun Əliyev idman jurnalistləri arasında şahmat turnirinin qalibi olub. İlkin Vidadioğlu və Faiq Tahirov müvafiq olaraq 2-3-cü yerləri tutub.
İlk üç yeri tutan jurnalistlərə diplom və pul mükafatı təqdim olunub. Turnirin bütün iştirakçılarına təşkilatçılar tərəfindən hədiyyələr verilib.