Obameyanq “Marsel”də
21.07.2023 - 21:42
Obameyanq “Marsel”də

Pyer-Emerik Obameyanq “Marsel”lə müqavilə imzalayıb.

Apasport.az-ın məlumatına görə, bu barədə Fransa klubu açıqlama yayıb.

36 yaşlı hücumçu “Marsel”lə 2026-cı ilədək razılıq əldə edib. Açıqlamada müqavilənin detalları barədə məlumat verilməyib. “Çelsi”dən ayrılan afrikalı futbolçu sərbəst agent kimi komandaya qoşulub.

Qeyd edək ki, Premyer Liqanın son mövsümündə cəmin 15 oyunda meydana çıxan Obameyanq bir dəfə fərqlənib.
 

writer photo
Əlirza Əlirzalı
0