Sabahı gözləyən “Sabah”
12.09.2022 - 15:44
Sabahı gözləyən “Sabah”

Misli Premyer Liqasının VI turunun mərkəzi oyununda “Qarabağ” “Sabah”la qarşılaşıb.

Apasport.az saytının məlumatına görə, yüksək dəstədə 5-ci mövsümünü keçirən Bakı klubu çempionla duel öncəsi iddialı olsa da, nəticə həmişəki kimi qalıb.

İndiyədək rəqibinə qalib gələ bilməyən paytaxt təmsilçisi bu dəfə də uduzub – 3:4. Mövsümlər, baş məşqçilər, futbolçular dəyişsə də, “Sabah” “Qarabağ” üçün xal mənbəyi olaraq qalır.

5-ci mövsümündə 16-cı dəfə Ağdam klubu önünə çıxan “Sabah”ın “gələn dəfə udarıq, sabah udarıq” xəyalları bu dəfə də reallaşmadı. 16 oyunda bakılıların qazancı vur-tut 4 xal olub. 12 qələbəsi olan “Qarabağ” isə 52 xalını öz “xal mənbəyi”nə çevirdiyi rəqibdən alıb.

Top fərqi də yerlə göy arasındakı fərqi bənzədir. Düzdür, Murad Musayevin yetirmələri bu dəfə 3 qol vurması ilə təcəlli tapa bilər. Əvvəlki 15 matçda vurulan 6 qolun düz yarısı bu dəfə bir qarşılaşmada vuruldu. Lakin bu 9 qolun əvəzində 33-ü buraxılıb. Fərq 3,67 qatdır. Üstəlik, “Qarabağ” 16 matçdan yalnız birində rəqib qapısına yol tapa bilməyib.

Qeyd edək ki, “Sabah”ın tilsimi qırmaq üçün növbəti şansı XIV turda yaranacaq. Bu tur noyabrın 11-13-də keçiriləcək.

2018/19 mövsümü
29.09.2018 “Sabah” - “Qarabağ “0:2
24.11.2018 “Qarabağ “- “Sabah” 1:1
23.02.2019 “Sabah” - “Qarabağ “1:1
13.04.2019 “Qarabağ “- “Sabah” 3:0
2019/20 mövsümü
06.10.2019 “Qarabağ “- “Sabah” 2:0
02.12.2019 “Sabah” - “Qarabağ “0:1
29.02.2020 “Qarabağ “- “Sabah” 0:0
2020/21 mövsümü
22.08.2020 “Qarabağ “- “Sabah” 2:0
21.01.2021 “Sabah” - “Qarabağ “1:2
13.03.2021 “Qarabağ “- “Sabah” 2:0
09.05.2021 “Sabah” - “Qarabağ “0:4
2021/22 mövsümü
17.10.2021 “Sabah” - “Qarabağ “1:2
04.12.2021 “Qarabağ “- “Sabah” 5:1
12.03.2022 “Sabah” - “Qarabağ “0:1
03.05.2022 “Qarabağ “- “Sabah” 1:1
2022/23 mövsümü
11.09.2022 “Qarabağ “- “Sabah” 4:3
 

writer photo
Əlirza Əlirzalı
0