"Turan Tovuz"un hücumçusu Paçu Apasport.az saytına müsahibə verib:
- "Turan Tovuz" son turda "Qarabağ"la qarşılaşdı və 3:4 uduzdu. Matç sizin üçün necə alındı? Səncə, "Turan Tovuz" məğlub olmaya bilərdi?
- Həqiqətən çətin oyun oldu. Amma mən inanıram ki, biz yaxşı səviyyədə idik. Bunu nəticə və oyunumuz da sübut edir. Təbii ki, daha uğurlu nəticə qazana bilərdik. Hər halda, güclü rəqibə üç qol vurduq. Böyük komandaya qalib gələ və ya heç-heçə edə bilərdik.
- “Qarabağ”a qarşı oynamaq çox çətindir, onları məğlub etmək mümkündür?
-Bəli, "Qarabağ"a qarşı oynamaq çətindir. Bunu hamımız bilirik. Amma bu futboldur və onlara qarşı hamımız yaxşı səviyyədə olsaq, yaxşı oyunlar oynaya bilərik. Bu mövsüm onlara qarşı yaxşı oyun göstərməyi bacardıq. Tovuzda da onlara qarşı yaxşı oynamışdıq. , "Qarabağ"a qarşı oynamaq çətindir. Bunu hamımız bilirik. Amma bu futboldur və onlara qarşı hamımız yaxşı səviyyədə olsaq, yaxşı oyunlar oynaya bilərik. Bu mövsüm onlara qarşı yaxşı oyun göstərməyi bacardıq. Tovuzda da onlara qarşı yaxşı oynamışdıq.
- Necə düşünürsən, "Qarabağ"la görüşdə onların diqqətini çəkə bildin? Səncə, gələcəkdə "Qarabağ"da oynaya bilərsən?
- Bu gün mən "Turan Tovuz" un oyunçusuyam. Bütün diqqətimi bura yönəltmişəm. Çalışmaq və öz dəyərimi, gələcəyimi göstərmək üçün bütün gücümü meydanda qoyuram. Gələcəyi isə Allah bilir.
- "Turan Tovuz” avrokuboklara vəsiqə qazana bilərdiniz, amma mübarizəni sona qədər davam etdirə bilmədiniz. Səncə, sona qədər mübarizə apara bilməməyinizə səbəb nə oldu? Şanssızlıq, yoxsa gücünüz çatmadı?
- Məncə, az qalmışdı buna. Demək olar ki, sona yaxın yer uğrunda mübarizə aparırdıq. İnanıram ki, ümumilikdə mövsümü yaxşı keçirdik. Avrokuboklara düşməmək detallara bağlıdır. bunun səbəbi detallar idi. Amma düz yoldayıq və işləməyə davam edirik.
- Son turda "Turan Tovuz" "Kəpəz"lə qarşılaşacaq. Buna "qərb derbisi" deyirlər. Bu matç haqda fikrin necədir?
- Azarkeşlərimiz qarşısında mövsümü qələbə ilə başa vurmaq istədiyimiz matçdır. Bu matçda axtaracağımız hər şey budur. Yalnız qələbə üçün oynayacağıq. Asan olmayacağını bilirik. Lakin istəyimizdən də vaz keçməyəcəyik.
- Bəs, yeni mövsümdə də səni "Turan Tovuz"da görəcəyik? Sənin üçün Azərbaycanda, "Turan Tovuz"da oynamaq nə ifadə edir?
- Bu mövsüm burada oynamaqdan çox zövq aldım. Turan Tovuz hər il inkişaf etməyi və böyüməyi hədəfləyən yaxşı klubdur və bu yaxşıdır. Amma indi əsas məsələ mövsümü yaxşı başa vurmaqdan ibarətdir. Bir qələbə lazımdır. Bu gün düşünmək üçün ən vacib şey budur.