Pelenin sabiq komandası nə edəcək?
08.06.2022 - 17:47
Pelenin sabiq komandası nə edəcək?

“Santos” Braziliya çempionatında növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Pelenin sabiq komandası “İnternasional”la qarşılaşacaq.

Futbol eksperti Aleksandr Terşukov bu gecə baş tutacaq qarşılaşmaya proqnoz verib:

“Santos” 12 xalla A seriyasının turnir cədvəlində 9-cudur.  Komandanın son 6 oyunundan beşi Alt gəlib. Bu matçlardan dördündə heç 2 top da vurulmayıb. “Santos”un digər problemi son 4 qarşılaşmada qələbə qazana bilməməsidir.

2 xal çox toplayan “İnternasional” 7-ci yerdədir. Bu komandanın son 7 görüşündə Alt yaşanıb.

Hər iki tərəfin aşağı məhsuldarlığa meylliyi bu dəfə də Alt gözləməyə əsas verir. Bu, görüş üçün ən optimal variantdır.

Proqnozum: Alt

writer photo
Əlirza Əlirzalı
0