“Barselona”da itki
17.02.2023 - 17:00
“Barselona”da itki

“Barselona” itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Pedrinin xidmətindən məhrum olub.

20 yaşlı yarımmüdafiəçi bir neçə oyunu buraxacaq. Buna səbəb Pedrinin zədələnməsidir.

O, Avropa Liqasının “Mançester Yunayted”lə ilk görüşündə xəsarət alıb. Pedrinin “Real”la La Liqadakı matça hazır olacağı gözlənilir. Bu qarşılaşma martın 19-da keçiriləcək.

Qeyd edək ki, “Barselona” – “Mançester Yunayted” matçı 2:2 hesabı ilə bitib.

writer photo
Əlirza Əlirzalı
0