PSJ-dən Mbappeyə 100 milyon avro
16.01.2024 - 13:18
PSJ-dən Mbappeyə 100 milyon avro

Kilian Mbappenin yeni müqaviləsinin detalları bəlli olub.

Apasport.az xəbər verir ki, PSJ hücumçusuna mövsümlük maaşı 100 milyon avrodan çox olan yeni müqavilə təklif edib.

25 yaşlı futbolçunu heyətdə saxlamağa çalışan Paris klubunun rəhbərliyi yeni təklif sayəsində Kilianın “saqqızını oğurlayacağını” düşünür. Fransa millisinin kapitanının bu astronomik təklifə nə cavab verəcəyi maraqla gözlənilir. 

Qeyd edək ki, paytaxt klubu ilə razılaşması mövsümün sonunda başa çatacaq Mbappe bu mövsüm iştirak etdiyi 25 matçda 26 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0