Xərçəngdən sağaldı, meydana dönür
21.12.2022 - 17:13
Xərçəng xəstəliyi səbəbindən karyerasına fasilə verən Sebastian Haller yaşıl meydanlara geri dönür.
Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu yanvarda Dortmund “Borussiya”sının heyətinə qoşulacaq.
İki dəfə əməliyyat olunan və artıq sağalan Hallerin həkimlərin nəzarətində qapalı məkanda məşqlərinə başlamasına da icazə verilib.
Qeyd edək ki, Fil Dişi Sahili millisinin üzvü “Borussiya”ya mövsümün əvvəlində 31 milyon avroya Niderlandın “Ayaks” klubundan transfer olunub.
0
0