“Mançester Siti”nin müdafiəçisi Emerik Laport komanda yoldaşları ilə vidalaşıb.
Apasport.az-ın məlumatına görə, ispaniyalı futbolçu karyerasının “Əl-Nəsr”də davam etdirəcək.
Laport sosial şəbəkədə “Mançester Siti”də keçirdiyi 5 il yarımdan sonra komandadan xoş təəssüratlarla ayrıldığını bildirib. 29 yaşlı futbolçu Dubayda tibbi müayinədən keçərək, Səudiyyə Ərəbistanına yollanıb. O, bu gün “Əl-Nəsr”lə üç illik müqavilə imzalayacaq. Emerik yeni klubunda ildə təxminən 25 milyon avro qazanacaq.
Qeyd edək ki, Laport “Əl-Nəsr”də Kriştiano Ronaldo, Saido Mane kimi ulduzlarla bir komandada çıxış edəcək.
Laport rəsmən “Əl-Nəsr”də
24.08.2023 - 00:51
0
0