“Qəbələ”nin yeni nigeriyalı transferi Ahmed Ayzayanın apasport.az saytına müsahibəsi
- Türkiyədə toplanışınız necə gedir? Komandanın yeni mövsümə hazır olması üçün nə qədər vaxt lazımdır?
- Məşqlərimiz davam edir. Hər şey qaydasındadır. Demək olar ki, hamımız hazırıq.
- "Qəbələ" yoxlama görüşündə "Orenburq"la qarşılaşdı və 1:1 hesablı bərabərə qaldı. Matç sizin üçün necə alındı?
- Çox yaxşı oyun alındı. Biz "Orenburq"a qarşı yaxşı futbol oynadıq. Hər halda, razı olarsız ki, "Orenburq" yaxşı komandadır. Amma biz də yaxşı futbol oynadığımızı göstərdik. Maraqlı matç alındı.
- “Qəbələ”nin heyətində çoxlu dəyişikliklər oldu. Sizcə, buna baxmayaraq, “Qəbələ” hələ də yaxşı oynayır?
- Təbii ki, yaxşı oynayır. Komandam çox xoşuma gəlir. Yeni gələnlər də yaxşı futbolçulardır. Fikrimcə, yaxşı kollektivimiz var və uğurlar qazana bilərik.
- “Qəbələ”nin avrokuboklardakı rəqibi “Omoniya” haqda məlumat toplamısız? Onlar Polşada təlim-məşq toplanışında idilər. Heç oyunlarına baxmısınız?
- Düzünü desəm, mənim "Omoniya" haqda məlumat toplamağıma ehtiyac yoxdur. Çünki indi ancaq öz komandama konsentrasiya olacam. Rəqib barədə məşqçilər korpusu bizə məlumat verəcək.
- “Omoniya” səddini keçə biləcəksiz?
- Avrokubok matçları həmişə xüsusi olur. Özümüz də uğurlu nəticəyə çalışacağıq. “Omoniya” yaxşı komandadır. Amma biz növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacağıq. Məncə, şansımız var. Bundan istifadə edəcəyik.
- Komandaya keçidin necə baş tutmuşdu?
- Yeni komandamda özümü çox yaxşı hiss edirəm. “Qəbələ”dən mənə əvvəldən də təklif gəlmişdi. Elə oldu ki, bu yaya keçəsi oldum. Bu müqaviləyə görə şadam. Çalışacam ki, “Qəbələ”yə xeyir verim.
- Yeni komandan barədə hansı fikirdəsən? Hər halda, “Kəpəz”də oynayanda da “Qəbələ”yə qarşı oynamışdın...
- “Qəbələ”yə keçməmişdən öncə təkliflərim az deyildi. Amma mən bu komandanı seçdim. “Qəbələ” ölkənin ən böyük komandalarından biridir. Yaxşı futbol oynayırlar.