“Bavariya” hücumçusunu satır
24.07.2022 - 23:17
“Bavariya” hücumçusunu satır

“Bavariya” hücumçusu Coşua Zirkzeeni satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı niderlandlı baş məşqçi Yulian Naqelsmannın planlarına daxil deyil.

Bu üzdən münhenlilər ona müştəri axtarır. Zirkzee “Bolonya”, “Ayaks”, PSV və bir neçə İngiltərə klubunun maraq dairəsindədir.

Qeyd edək ki, Coşua ötən mövsüm “Anderlext”də icarədə olub. O, 47 matçda 18 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0