"Qalatasaray" azarkeşlərinə müjdə
06.02.2024 - 09:36
“Qalatasaray”ın aparıcı futbolçularından Abdülkerim Bardakçı zədəsini sağaldıb.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı açıqlama verib.
Super Liqanın “Trabzonspor”la səfər qarşılaşmasında sıradan çıxan 29 yaşlı müdafiəçinin 6 həftə meydanlardan uzaq qalacağı təxmin edilirdi. Ancaq intensiv müalicə nəticəsində zədəsini sağalda bilən Türkiyə millisinin üzvü həftə sonu “Başakşehir”lə matçda iştirak edə biləcək.
Qeyd edək ki, bu mövsüm “Qalatasaray”la 32 matça çıxan təcrübəli futbolçu 5 qolla yadda qalıb.
0
0