Qapısını ən çox toxunulmaz saxlayan QAPIÇILAR
10.07.2022 - 16:35
Qapısını ən çox toxunulmaz saxlayan QAPIÇILAR

2021/22 mövsümündə Avropanın “böyük beşlik” ölkələrində qapısını ən çox toxunulmaz saxlayan qapıçıların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, araşdırma yalnız daxili birinciliklərə şamil edilib.

İngiltərə Premyer Liqasında son tura qədər çempionluq uğrunda mübarizə aparan “Liverpu”la “Mançester Siti”nin braziliyalı qapıçıları Alisson və Ederson cədvələ başçılıq edir. Hər iki qolkiper mövsüm ərzində düz 20 qarşılaşmada rəqib hücumçularına aman verməyib.

1-2. Alisson
Çempionat: İngiltərə Premyer Liqası
Klubu: “Liverpul”
Ölkəsi: Braziliya
Yaşı: 29
2021/22 mövsümündə ümumi oyun sayı: 36
Qol buraxmadığı oyun sayı: 20

1-2. Ederson
Çempionat: İngiltərə Premyer Liqası
Klubu: “Mançester Siti”
Ölkəsi: Braziliya
Yaşı: 28
Ümumi oyun sayı: 37
Qol buraxmadığı oyun sayı: 20

3. Mayk Mayqnan
Çempionat: İtaliya A seriyası
Klubu: “Milan”
Ölkəsi: Fransa
Yaşı: 27
Ümumi oyun sayı: 32
Qol buraxmadığı oyun sayı: 17

4. Uqo Lyoris
Çempionat: İngiltərə Premyer Liqası
Klubu: “Tottenhem”
Ölkəsi: Fransa
Yaşı: 35
Ümumi oyun sayı: 38
Qol buraxmadığı oyun sayı: 16

5-6. Samir Handanoviç
Çempionat: İtaliya A seriyası
Klubu: “İnter”
Ölkəsi: Sloveniya
Yaşı: 37
Ümumi oyun sayı: 37
Qol buraxmadığı oyun sayı: 15

5-6. Rui Patrisio
Çempionat: İtaliya A seriyası
Klubu: “Roma”
Ölkəsi: Portuqaliya
Yaşı: 34
Ümumi oyun sayı: 38
Qol buraxmadığı oyun sayı: 15

7-8. Eduard Mendi
Çempionat: İngiltərə Premyer Liqası
Klubu: “Çelsi”
Ölkəsi: Seneqal
Yaşı: 30
Ümumi oyun sayı: 34
Qol buraxmadığı oyun sayı: 14

7-8. Valter Benites
Çempionat: Fransa Liqa1-i
Klubu: “Nitsa”
Ölkəsi: Argentina
Yaşı: 29
Ümumi oyun sayı: 37
Qol buraxmadığı oyun sayı: 14

9-10. David Ospina
Çempionat: İtaliya A seriyası
Klubu: “Napoli”
Ölkəsi: Kolumbiya
Yaşı: 33
Ümumi oyun sayı: 31
Qol buraxmadığı oyun sayı: 13

9-10. Matz Sels
Çempionat: Fransa Liqa1-i
Klubu: “Strasbur”
Ölkəsi: Belçika
Yaşı: 30
Ümumi oyun sayı: 37
Qol buraxmadığı oyun sayı: 13
 

writer photo
Əlirza Əlirzalı
0