Qətərdə keçiriləcək DÇ-2022-nin startına günlər qalıb.
Apasport.az saytının məlumatına görə, mundiala qatılacaq 32 yığmadan biri titulunu qorumaq, digərləri isə bu adı ələ keçirməyə çalışacaq.
Son dünya çempionu Fransa ardıcıl ikinci, tarixində üçüncü dəfə planetin ən yaxşısı olmaq arzusundadır. “Üçrənglilər”in adı favoritlər sırasında olsa da, fransalıları ən çox qorxudan amillərdən biri son mundialların kabusudur.
Söhbət çempionları izləyən sindromdan gedir. Ardıcıl üç dəfə son çempion qrupda qalıb. DÇ-2006-nın qalibi İtaliya, dörd il sonrakı çempion İspaniya və 2014-cü ilin ən yaxşısı Almaniya dörd il sonra fiasko yaşayıb.
Elə Fransanın özü də bir dəfə bu aqibəti yaşayıb. DÇ-1998-dəki zəfərdən sonra onlar 2002-ci ildə qrup səddini keçə bilməyib. Bir sözlə, XXI əsrdə baş tutan 5 mundialdan yalnız biri çempionun irəliləməsi ilə nəticələnib. DÇ-2002-nin qalibi Braziliya növbəti yarışda 1/4 finala qədər yüksəlib.
Qeyd edək ki, Fransa DÇ-2022-nin qrup mərhələsində Danimarka, Avstraliya və Tunislə mübarizə aparacaq.
il |
son çempion |
nəticəsi |
1934 |
Uruqvay |
İştirak etməyib |
1938 |
İtaliya |
Çempion |
1950 |
İtaliya |
Qrupda 2-ci |
1954 |
Uruqvay |
Qrupda 4-cü |
1958 |
AFR |
Qrupda 4-cü |
1962 |
Braziliya |
Çempion |
1966 |
Braziliya |
Qrupda 4-cü |
1970 |
İngiltərə |
1/4 final |
1974 |
Braziliya |
Qrupda 4-cü |
1978 |
AFR |
2-ci qrup mərhələsində 3-cü |
1982 |
Argentina |
2-ci qrup mərhələsində 3-cü |
1986 |
İtaliya |
1/8 final |
1990 |
Argentina |
Final |
1994 |
Almaniya |
1/4 final |
1998 |
Braziliya |
Final |
2002 |
Fransa |
Qrupda 4-cü |
2006 |
Braziliya |
1/4 final |
2010 |
İtaliya |
Qrupda 4-cü |
2014 |
İspaniya |
Qrupda 3-cü |
2018 |
Almaniya |
Qrupda 4-cü |