Kanselo “Barselona”ya icarəyə verilir
23.08.2023 - 15:27
Kanselo “Barselona”ya icarəyə verilir

“Mançester Siti”nin futbolçusu Joao Kanselonun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı müdafiəçi icarəyə veriləcək.

O, mövsümün sonunadək “Barselona”da çıxış edəcək. Bununla bağlı iki klub arasında razılıq əldə olunub. İcarə müqaviləsində 29 yaşlı futbolçunun alınma hüququ da yer alacaq.

Qeyd edək ki, Kanselo ötən mövsümün ikinci yarısında “Bavariya”da icarədə olub.

writer photo
Əlirza Əlirzalı
0