Messi “Barselona”ya qayıda bilər
06.10.2023 - 12:39
Messi “Barselona”ya qayıda bilər

Lionel Messi Avropaya qayıda bilər.

Apasport.az xəbər verir ki, "İnter Mayami"nin hücumçusu komandası MLS-in pley-off mərhələsinə vəsiqə qazana bilməsə, “köhnə qitə”yə geri dönəcək. 

36 yaşlı forvard qısa müddət üçün icarədə olmaq şansına malikdir. İddialara görə bu variantı nəzərdən keçirən Argentina millisinin forvardının yenidən “Barselona”da çıxış etmək şansı var. 
 
Qeyd edək ki, Messi 2023-cü ilin iyulundan "İnter Mayami"də çıxış edir. O, 12 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0