“Olimpiakos” – “Qarabağ”: Uilkinsonun PROQNOZU
05.10.2022 - 11:53
“Olimpiakos” – “Qarabağ”: Uilkinsonun PROQNOZU

“Qarabağ” sabah Avropa Liqasının qrup mərhələsinin III turunda “Olimpiakos”un qonağı olacaq.

Apasport.az saytının məlumatına görə, ingiltərəli futbol eksperti Metyu Uilkinson Pireydəki qarşılaşmada Azərbaycan çempionunu favorit qismində görür.

Onun fikrincə, təmsilçimiz güclü rəqibini səfərdə məğlub edəcək:

Yunanıstan klubu bütün turnirlərdəki son dörd matçında qalib gələn “Qarabağ”ı qəbul edəcək. “Olimpiakos”un daxili birincilikdəki nəticələri o qədər də pis deyil. Ancaq eyni sözləri Avropa Liqasındakı çıxışı barədə demək olmaz. Pirey klubunun baş məşqçisi Miçel hücumçu problemindən narahatlıq keçirməlidir. “Qarabağ” isə əksinə, hücumda çox məhsuldardır. Son iki matçda 10 qol vurmaları buna sübutdur.

“Olimpiakos” kağız üzərində daha çox avrokubok təcrübəsi olan komanda kimi görünə bilər. Ancaq nəticələrə baxdıqda, “Qarabağ”da özünəinam və keyfiyyət daha yüksəkdir. “Qarabağ”ın güclü hücum xətti Pireydə də rəqibinə çox başağrısı olacaq.

Proqnozum: “Qarabağ”ın 3:1 hesablı qələbəsi
 

writer photo
Əlirza Əlirzalı
0