Yığmamız yenə uduzdu
07.09.2022 - 17:56
Yığmamız yenə uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Bolqarıstanın paytaxtı Sofiyada təlim-məşq toplanışını başa vuran yığmamız hazırlıq çərçivəsində ikinci matçına çıxıb.

Komandamız Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə görüşüb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində 65-ci dəqiqədə Elton Mikayılov fərqlənib.

Qeyd edək ki, komandalar arasında ilk matçda Bolqarıstan millisi 4:0 hesabı ilə qalib gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0