“Olimpiakos” Vrsalkonu Bakıya gətirəcək?
11.10.2022 - 11:40
“Olimpiakos” Vrsalkonu Bakıya gətirəcək?

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Olimpiakos” aparıcı futbolçularından olan Şime Vrsalkonu Bakıya gətirə biləcək.

Apasport.az saytının məlumatına görə, Xorvatiya millisinin sabiq müdafiəçisi artıq tam sağalıb.

Pireydəki ilk görüşün iştirakçısı olan 30 yaşlı müdafiəçi Yunanıstan çempionatının ötən turunda OFİ (2:1) ilə görüşü səhhətindəki problemə görə buraxmalı olub. İnfeksiyaya yoluxan Vrsalko dünəndən etibarən yenidən kollektivə qoşulub. O, “Qarabağ”la Bakıdakı qarşılaşmada məşqçilər korpusunun sərəncamında olacaq.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0