"Omoniya"nın baş məşqçisi: "Növbəti mərhələyə vəsiqə qazanmağa biz daha layiq idik"
29.08.2024 - 22:10
"Omoniya"nın baş məşqçisi: "Növbəti mərhələyə vəsiqə qazanmağa biz daha layiq idik"

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında "Zirə" evdə "Omoniya"nı minimal hesabla məğlub edib.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "İlk öncə, "Zirə"ni qələbə münasibətilə təbrik edirəm. Bizim üçün yaxşı nəticə olmadı. Amma ümumilikdə Konfrans Liqasında qrup mərhələsində mübarizə aparacağıq. Bununla bağlı azarkeşləri, klubu təbrik edirəm. Qarşımıza qoyulan əsas məqsəd qrupa düşmək idi. Bunun öhdəsindən ilk oyunda gəldik. İlk yarıda rəqiblər bir-birinə oynamağa imkan vermədi. Meydançanın vəziyyəti də təsir etdi. Sönük oldu. Bir həftədə üç oyun oynadıq. Rotasiyalar haqda düşünməlisən. Çox fikirləışdik deyə, bu da məğlubiyyətə səbəb oldu. 5 qələbə qazandıq. Əvvəl kimsə desəydi ki, 5 qələbə ilə qrupa düşəcəyik, inanmazdım. "Zirə" oyununu unudub növbəti oyunu düşünməliyik.

- İlk oyundakı 6:0-lıq qələbədən sonra komandanı növbəti oyuna kökləmək çətin deyildi?

- Karyeramda ilk dəfə idi ki, 6:0 qalib gəlirəm. Komandanı növbəti oyuna kökləmək asan olmur. İşi tamamlamaq lazım idi. Təhlilə çox da etmək istəmirəm. İlk oyunda epizodlarımız oldu, amma sonluğu gətirə bilmədik. Meydançanın vəziyyəti buna təsir etdi. Həyəcan da var idi. Əsas məqsəd KL-ın qrupuna düşmək idi, artıq bazar günü də oyunu udsaq 10-cu gündə 4-cü matçımız olaca. Fiziki və mental olaraq çətindir.

- Bugünkü oyun göstərdi ki, komandalar arasında fərq 6:0-lıq deyildi. İlk oyundakı bu hesabı nə ilə əlaqələndirirsiz?

- Bu oyunun üzərindən fikir yürütmək istəməzdim. Fikir yürüdəcəyiksə, iki oyuna görə baxmalıyıq. İlk oyundakı qələbəyə gəldikdə, oyunçularım yaxşı mübarizə apardılar. Oyun seçilmiş plana riayət edib, icra etdilər. Azarkeşlər də xüsusi atmosfer yaratdı. Azarkeş olan mühitdə oynamaq daha çətindir. Çünki azarkeş öz komandasını irəliyə səsləyir, rəqibə isə çətinlik yaradır. Bu kimi faktorların cəmi həmin nəticəni ortaya çıaxrdı. İlk iki oyuna baxıb təhlil etsək, biz inamlı qələbə qazandıq. Növbəti mərhələyə vəsiqə qazanmağa biz daha layiqli idik.

- İlk oyun Bakıda keçirilsəydi, yenə də eyni mənzərə ortaya çıxardı?

- Mən Allah deyiləm. Ssenarilərdən danışmaq istəmirəm. Nəticə baş tutdu, vəssalam. Başqa şey haqda danışmaq istəmirəm.

 

writer photo
Əlirza Əlirzalı
0