"Omoniya"nın baş məşqçisi: “Zirə”yə nəfəs almağa imkan vermədik"
23.08.2024 - 11:48
"Omoniya"nın baş məşqçisi: “Zirə”yə nəfəs almağa imkan vermədik"

Kiprin “Omoniya” klubunun baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Nikosiyada “Zirə” üzərində qazanılan qələbəni (6:0) şərh edib.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, litvalı evdəki 6:0 hesablı qalibiyyətə baxmayaraq, cavab görüşünə də ciddi hazırlaşmaq lazım olduğunu söyləyib:

"Biz fantastik qələbə qazandıq. Buna görə hamını təbrik edirəm. Yaxşı komandaya qarşı oynasaq da, hesab daha böyük ola bilərdi. Eynilə ciddi qəbul edilməli olan cavab oyunu da var. Başladığımız işi başa çatdırmaq üçün bir həftə ərzində uğurla oynamalıyıq. Cavab oyununda da qalib gəlmək istəyirik. Komandanın bütün son nəticələrinin arxasında oyunçular dayanır - onların oyunlara yanaşması və mentalitetini qeyd edərdim. Əla əhval-ruhiyyədəyik. Hər dəfə qalib gələ bilməyəcəksiniz. Qarşılaşmanın ilk 30 dəqiqəsi “Zirə”yə qapıımıza yaxınlaşmağa, nəfəs almağa imkan vermədik".

writer photo
Əlirza Əlirzalı
0