PSJ ənənəsi və ya Fransa klubuna gəldinsə...
19.12.2022 - 13:25
PSJ ənənəsi və ya Fransa klubuna gəldinsə...

Fransanın PSJ klubu məşhur simaları heyətinə qatdıqdan bir il sonra diqqət mərkəzinə düşməyi bacarır. 

Apasport.az saytının məlumatına görə, komanda ulduzları transfer etdiyi halda dünya çempionatı həmin futbolçular üçün uğurlu alınır. 

2001-ci ildə Ronaldinyo 5 milyon avro qarşılığında Braziliyanın “Qremio” klubundan Paris təmsilçisinə keçib. Onun gəlişindən bir il sonra “sambaçılar” Yaponiya və Cənubi Koreyanın birlikdə təşkil etdiyi mundialda kubokun qalibi adına yiyələniblər.

2017-ci ildə PSJ Killian Mbappe üçün “Monako”ya 180 milyon avro ödədikdən sonra fransalı istedad dünya çempionatının qızıl medallarını boynundan asıb. O, cəmi 19 yaşında Rusiya-2018-in çempionu titulunu qazanıb. 

Bu ənənə bir gün öncə başa çatan mundialda da təkrarlanıb. Ötən ildən PSJ-nin formasını geyinən Lionel Messi bir ildən sonra arzuladığı dünya kubokunu başı üzərinə qaldırıb. 

writer photo
Əlirza Əlirzalı
0