Orkun Kökçü “Benfika”da
09.06.2023 - 22:54
Orkun Kökçü “Benfika”da

Türkiyə yığmasının üzvü Orkun Kökçü yaxın günlərdə “Benfika” ilə müqvilə imzalayacaq.

Apasport.az saytı xəbər verir ki, transferin dəyəri 30 milyon avrodur.

“Feyenoord”un heyətindəki oyunu ilə qitənin bir çox klublarının diqqət mərkəzinə düşən Kökçü Lissabon klubu ilə 5 illik razılaşmaya imza atacaq. Benfika” müqaviləyə 120 milyon avroluq satış qiyməti bəndi daxil edib. 

Qeyd edək ki, Hollandiya çempionu olan Orkun 32 matçda səkkiz qol vurub. O, Avropa Liqasının 10 oyununda üç dəfə fərqlənib.
 

writer photo
Əlirza Əlirzalı
0