Ozancan Kökçü seçim qarşısında: Azərbaycan, yoxsa Asiya?
17.07.2023 - 16:59
Ozancan Kökçü seçim qarşısında: Azərbaycan, yoxsa Asiya?

Azərbaycan milli komandasının futbolçusu Ozancan Kökçünün hansı klubda oynayacağı hələ dəqiqləşməyib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Azərbaycan və Asiya ölkələrindən aldığı təklifləri nəzərdən keçirir.

“Eyndhoven”in yeni baş məşqçisi də Kökçünü sərəncamında görmək istəyir. Çalışdırıcı rəhbərlikdən onun komandada saxlanılmasını tələb edib.

Kökçünün yenidən Azərbaycana qayıtmaq ehtimalı da var. “Neftçi” millimizin üzvünü transfer etmək üçün danışıqlar aparır. “Ağ-qaralar” bu keçidi həll etməyə çalışır. 24 yaşlı futbolçunun “Eyndhoven”lə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. 

Qeyd edək ki, millimizin üzvü karyerası ərzində “Bursaspor”, “Velveyk”, “Giresunspor”, “Sabah”, “Telstar” klublarında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0