“Qələbə qazana bilmədiyimiz oyunların ardından Bakıya qapımızın toxunulmazlığını qorumaq üçün gəlmişdik. Matçın gedişində mübarizəyə qoşula bildik”.
Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un müdafiəçisi Sokratis Papastatopulos Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la qolsuz bərabərə qaldıqları oyun barədə danışarkən deyib.
34 yaşlı ulduz futbolçu nəticədən razı qalıb. Yunanıstan millisinin sabiq üzvü Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün yararsız olmasından və hakimlikdən şikayətlənib: “Oyunda həm uğurlu, həm də uğursuz anlarımız oldu. Amma belə çətin dövrdən sonra yavaş-yavaş nəsə qururuq. Səbirli olmalı və əlimizdən gələni etməliyik. Yararsız meydança, ikinci hissədə bəzi vərəqələr və yersiz qayda pozuntuları verən bir hakimin olduğu stadionda 0:0-ı ədalətli hesab sayıram”.
Qeyd edək ki, 4 turdan sonra “Qarabağ” 7 xalla G qrupunda ikinci, “Olimpiakos” isə 1 xalla sonuncu pillədədir.