Bundesliqa klubunda müqavilə
07.12.2022 - 11:57
Bundesliqa klubunda müqavilə

“Leypsiq” futbolçusu Məhəmməd Simakanla yeni müqaviləni imzalayıb.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bundesliqa klubu 22 yaşlı fransalı müdafiəçi ilə anlaşmanı daha bir il müddətinə uzadıb. Əvvəlki sözləşməsi 2026-cı ilin yayında bitəcək Simakan 2026/27 mövsümünün sonunadək klubda qalacaq.

Həm mərkəz, həm sağ cinahda oynayan müdafiəçi ötən ilin yayında “Strasburq”dan 15 milyon avroya transfer olunub. Onun xidmətində PSJ maraqlı olsa da, almaniyalılar futbolçunu satmaqdan imtina edib.

Qeyd edək ki, Simakan “Leypsiq”dəki 60 matçda 4 qol və 6 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0