“Gəncə” heyətini yeni oyunçu ilə gücləndirib
17.08.2024 - 16:20
“Gəncə” heyətini yeni oyunçu ilə gücləndirib

Qadın voleybolçulardan ibarət "Gəncə" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fidan Azayeva ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, voleybolçu ötən mövsüm UNEC-in formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0