Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
31.08.2024 - 20:18
Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.

Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.

Qeyd edək ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin üçqat qızıl mükafatçısıdır.

writer photo
Əlirza Əlirzalı
0