Paris-2024: Cüdo turnirində püşkatma vaxtı dəqiqləşib
18.07.2024 - 21:30
Paris-2024: Cüdo turnirində püşkatma vaxtı dəqiqləşib

Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo turnirinin püşkatmasının vaxtı məlum olub.

Apasport.az xəbər verir ki, tədbir iyulun 25-də baş tutacaq.

Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Tədbirdə Azərbaycanın 9 təmsilçisinin rəqibləri müəyyənləşəcək.

Püşkatma zamanı dörd Azərbaycan idmançısı səpələnmişlər sırasında olacaq. Bunlar Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) və Zelim Kotsoyevdir (100 kq).

Qeyd edək ki, Yay Oyunlarının cüdo yarışlarında 122 ölkədən 378 idmançı iştirak edəcək.

writer photo
Əlirza Əlirzalı
0