"Xırdalan" turnir cədvəlində dördüncü pilləyə yüksəlib
11.04.2024 - 23:36
"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 17-ci turunun ikinci oyunu baş tutub.
Apasport.az xəbər verir ki, "Neftçi" və "Xırdalan" klublarının üz-üzə gəldiyi oyunun əsas vaxtı 89-89 hesabı ilə yekunlaşıb. İki əlavə vaxtın olduğu oyunda daha yaxşı təsir bağışlayan "Xırdalan", Teyvion Körk 'ün də 45 xalla tripl-dabl etməsi sayəsində rəqibi üzərində 114-109 hesablı qələbə qazanaraq, turnir cədvəlində "Neftçi" ni geridə buraxıb.
Ən məhsuldar basketbolçular: "Neftçi" (Di Angelo Styüart - 35 xal, 5 asist ), "Xırdalan" (Teyvion Körk - 45 xal, 11 ribaund, 10 asist).
0
0