Paris-2024: Təmsilçimizin ilk rəqibi bəlli olub
26.07.2024 - 14:37
Paris-2024: Təmsilçimizin ilk rəqibi bəlli olub

Paris-2024 Yay Olimpiya Oyunlarının qılıncoynatma yarışlarının püşkü atılıb.

Apasport.az xəbər verir ki, Azərbaycan idmançısı Anna Baştanın da ilk rəqibi bəlli olub.

Təmsilçimiz mübarizəyə 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi Çin təmsilçisi Yang Hengyu olacaq. İyulun 29-i keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 12:50-də başlayacaq.

Qeyd edək ki, qadın sablyaçıların mübarizəsi iyulun 29-da yekunlaşacaq.

writer photo
Əlirza Əlirzalı
0