Patrik Andradenin son durumu - açıqlama
10.01.2024 - 16:44
"Qarabağ"ın futbolçusu Patrik Andrade belində ağrılar hiss etdiyi üçün Kabo-Verde millisinin heyətində 2 məşq buraxıb.
"Qarabağ"-ın mətbuat xidmətindən apasport.az saytına daxil olan məlumata görə, 30 yaşlı futbolçunun sağlamlıq durumu ilə bağlı hər şey qaydasındadır.
Belində ağrılar olduğuna görə, həkimlər Patrikə bərpa üçün 2 günlük icazə veriblər: "Artıq futbolçunun vəziyyəti yaxşıdır. Bu gündən məşqlərə başlayıb".
Qeyd edək ki, Andrade hazırda Kabo-Verde milli komandası ilə Tunisdədir. Bu gün hər iki ölkə millisi arasında yoxlama oyunu keçiriləcək.
0
0