Pele ilə vida mərasimi başa çatdı
03.01.2023 - 23:57
Pele ilə vida mərasimi başa çatdı

Əfsanəvi futbolçu Pelenin cənazəsi vida mərasiminin keçirildiyi "Sentus" stadionundan dəfn olunduğu yerə aparılıb.

Apasport.az xəbər verir ki, Pelenin tabutunu aparan korteji onun pərəstişkarlarının izdihamı müşayiət edib. Pele ilə vida mərasiminə gələn insan növbəsinin uzunluğu 2,3 ​​km-ə çatıb.

Pele Ginnesin rekordlar kitabına düşən 14 mərtəbəli qəbirstanlıqda dəfn olunacaq. Burada Pelenin qohumları və dostları da dəfn olunub.

Qeyd edək ki, üçqat dünya çempionu dekabrın 29-da 82 yaşında vəfat edib.

writer photo
Əlirza Əlirzalı
0