PFL-ə texniki-idman direktoru təyin olundu
29.08.2022 - 14:52
PFL-ə texniki-idman direktoru təyin olundu

Peşəkar Futbol Liqasında (PFL) struktur dəyişikliyi davam edir.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, rəhbərliyin qərarına əsasən qurumun Texniki-İdman şöbəsi ləğv olunub.

Onun yerinə Peşəkar Futbol Liqasının Texniki İdman Departamenti yaradılıb və Elgiz Abbasov texniki-idman direktoru təyin olunub.

Qeyd edək ki, 2008-ci ildən futbol sahəsində çalışan Abbasov 2014-cü ildən Peşəkar Futbol Liqasında baş mütəxəssis, redaktor, baş redaktor, Texniki-İdman Şöbəsinin rəisi vəzifələrində çalışıb və AFFA nümayəndəsi kimi Misli Premyer Liqasının, I Divizionun və Azərbaycan Kubokunun oyunlarına təyinat alır.

Yeni yaradılmış Texniki-İdman Departamenti Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün oyunlara nəzarət etməklə yanaşı, AFFA-nın müxtəlif komitələri ilə işbirliyinə, Avropa Liqaları və digər beynəlxalq futbol təşkilatları ilə işin təşkilinə, əsas yayımçı şirkət və dövlət qurumları ilə əlaqələrə və meydana çıxa biləcək digər işlərin təşkilinə cavabdehlik daşıyacaq.

writer photo
Əlirza Əlirzalı
0