Polşa klubu Rahil Məmmədovla müqaviləni ləğv edib
04.07.2024 - 09:54
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubundan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə Lodz təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klub müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini vurğulayıb.
Qeyd edək ki, Rahil Məmmədov 2024-cü ilin əvvəlində "Qarabağ"dan bu kluba keçmişdi.
0
0