İrinadan “Qarabağ”a PROQNOZ
22.02.2023 - 16:43
İrinadan “Qarabağ”a PROQNOZ

Konfrans Liqasının pley-off mərhələsinin “Gent” – “Qarabağ” oyununa proqnoz açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “eurofootball” portalının eksperti İrina Zolotova Belçikada üz-üzə gələcək komandaların duelinə mərc təklif edib.

Xanım mütəxəssis Gentdəki eyniadlı stadionda məhsuldar oyun gözləmir. İrina 1,75 əmsallıq variantı məqsədəuyğun sayır:

İlk görüşdə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. Azərbaycan çempionu bununla da cütün favoriti olduğunu təsdiq edib.

Ağdamlılar bir penaltini də qaçırıb. Bununla da onlar daha sərfəli nəticə ilə səfərə çıxmaq imkanından məhrum olub. 

Bu səfər görüşündə çox qol olacağını düşünmürəm. “Gent” – “Qaranağ” qarşılaşmasından Alt gözləyirəm. Belə variantın əmsalı 1,75 ilə dəyərləndirilir.

Proqnozum: Alt
 

writer photo
Əlirza Əlirzalı
0