Ponomaryov: “Ferensvaroş” “Qarabağ”ı düzgün qiymətləndirməyib”
10.08.2022 - 14:01
Ponomaryov: “Ferensvaroş” “Qarabağ”ı düzgün qiymətləndirməyib”

“Məğlubiyyət gözləmirdim, çünki “Ferensvaroş” yaxşı komandadır”.

Apasport.az saytının məlumatına görə, bunu keçmiş SSRİ yığmasının sabiq futbolçusu Vladimir Ponomaryov deyib.

82 yaşlı rusiyalı mütəxəssis Macarıstan klubu “Ferensvaroş”un Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyununu dəyərləndirib. Onun fikrincə, həmyerlisi Stanislav Çerçesovun çalışdırdığı budapeştlilərin evdə 1:3 hesablı məğlubiyyətinə arxayınlıq səbəb olub: “Düşünürəm ki, Stanislav Çerçesov özü də bu nəticəni gözləmirdi. Ola bilsin ki, komanda köklənməyib, uğura çox arxayın olub. Çox güman ki, hazırlıq vaxtı “Qarabağ”ı düzgün qiymətləndirməyiblər. Komanda bundan nəticə çıxaracaq. Çerçesov əla işləyir, onun ağıllı komandası var”.

Qeyd edək ki, “Ferensvaroş” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

writer photo
Əlirza Əlirzalı
0