Premyer Liqa klubu yeni məşqçi gətirir
08.10.2022 - 14:44
Premyer Liqa klubu yeni məşqçi gətirir

“Sauthempton” baş məşqçi dəyişikliyinə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu bu posta namizədləri də müəyyənləşdirib.

Britaniyalılar Domeniko Tedeskonun xidmətində maraqlıdır. O, Ralf Hazenhyuttlı əvəzləyə bilər. Digər namizəd isə Pep Qvardiolanın “Mançester Siti”dəki köməkçisi Entso Mareskadır.

Qeyd edək ki, Premyer Liqanın 8 oyununda 7 xal toplayan “Sauthempton” 16-cı pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0