Premyer Liqa: "Qarabağ" darmadağınla başladı - YENİLƏNİB
02.08.2024 - 21:53
Premyer Liqa: "Qarabağ" darmadağınla başladı - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünə start verilib.

Apasport.az xəbər verir ki, XXXIII ölkə çempionatının ilk günündə bir matç keçirilib.

Mövsümün açılış oyunu "Liv Bona Dea"da təşkil olunub. Ötən çempionatın son oyununda üz-üzə gələn "Araz-Naxçıvan"la "Qarabağ" yenidən görüşüb. 

"Köhlən atlar" sezona böyük hesablı qələbə ilə başlayıb.

Qeyd edək ki, tura avqustun 4-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
I tur

20:00. "Araz-Naxçıvan" – "Qarabağ" 1:4

Qol: Redon Cica, 7, Riçard Almeyda, 9, H. Keyta, 48, Elvin Cəfərquliyev, 78 - qırmızı vərəqə, Abbas Hüseynov, 88 - Nuno Rodriqes, 86

"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias

Ehtiyat oyunçular: 12. Kristian Avram, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 23. Nuno Rodriqes

Baş məşqçi: Elmar Baxşıyev

"Qarabağ": 1. Şahrudin Məhəmmədəliyev, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 2. Mateus Silva, 19. Redon Cica

Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Mərdəkan. "Liv Bona Dea Arena"

writer photo
Əlirza Əlirzalı
0