Avropa Liqasının qrup mərhələsinin V turunun “Molde” – “Qarabağ” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Erlinq Moenin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis 2:2 hesablı heç-heçə etdikləri oyun barədə fikirlərini açıqlayıb və jurnalistlərin suallarını cavablandırıb.
- Bakıda, nə də Norveçdə qalib gələ bildiniz. Buna nə mane oldu?
- Bakıdakı oyunda "Qarabağ" bizdən daha yaxşı performans göstərmişdi. Ona görə qalib gəldilər. Amma bu gün 90 dəqiqə daha yaxşı tərəf idik. Komandamla fəxr edirəm. "Qarabağ" çox güclü komandadır. Onlara qarşı çox yaxşı performans göstərdik. Oyunçularıma təşəkkür edirəm. Bu performansı "Bayer"ə qarşı göstərməyə çalışacağıq.
- "Qarabağ"ın Avropa Liqasındakı uğurlu çıxışını istəyərdiz?
- "Qarabağ"ı hələ təbrik etməyəcəm. Çünki şansımız var. “Bayer”lə matçımız olacaq. "Qarabağ" çox yaxşı komandadır. Önəmli odur ki, növbəti mərhələdə "Qarabağ" və bizə kim rəqib düşəcək.
- Matçdan sonra Qurban Qurbanovu təbrik etdiniz...
- Bəli, əlini sıxdım. Uzun illərdir ki, "Qarabağ"a baş məşqçilik edir. Onu təbrik edirdim ki, "Qarabağ"ı udmaq çətindir. Ona uğurlar arzuladım.