“Barselona” və Kessei ilkin təkliflə razılaşmadı
28.06.2023 - 20:50
“Barselona” və Kessei ilkin təkliflə razılaşmadı

“Əl-Əhli” Frank Kesseini transfer etməkdə maraqlıdır.

Apasport.az saytı xəbər verir ki, bunun üçün “Barselona”ya rəsmi təklif göndərilib.

Səudiyyə Ərəbistanı klubu bu keçidə görə, 20 milyon avro ödəməyə hazırdır. Amma “Barselona” ilkin təklif rədd cavabı verərək, 30 milyon tələb edib. “Əl-Əhli” afrikalı yarımmüdafiəçiyə illik 10 milyon maaş verməyi planlaşdırır. Futbolçu da bu təklifə razı olmayıb.

Qeyd edək ki, Kessei “İnter”in də maraq dairəsindədır. 
 

writer photo
Əlirza Əlirzalı
0