36 yaşlı hücumçu PSJ-nin hədəfində
11.01.2024 - 13:19
36 yaşlı hücumçu PSJ-nin hədəfində

Kərim Benzema vətəninə qayıda bilər.

Apasport.az xəbər verir ki, 36 yaşlı hücumçu PSJ-nin diqqət mərkəzindədir.

Klub rəhbərliyi fransalı forvardı 6 aylıq icarəyə götürməyi planlaşdırır. Səudiyyə Ərəbistanının "Əl İttihad" klubu ilə danışıqları davam etdirən paytaxt təmsilçisi arzusuna çatacağına inanır. Xüsusilə futbolçunun Ərəbistan yarımadasında xöşbəxt olmaması PSJ rəhbərliyini ümidləndirir.

Qeyd edək ki, bu mövsüm 20 matçda meydana çıxan Benzema 12 qol və 5 məhsuldar ötürməyə sahibdir.

writer photo
Əlirza Əlirzalı
0