O da "Yuventus"dan gedir
20.01.2024 - 19:57
O da "Yuventus"dan gedir

Aleks Sandro mövsümün sonunda "Yuventus"u tərk edəcək.

Apasport.az xəbər verir ki, 32 yaşlı müdafiəçinin Turun təmsilçisi ilə razılaşması bitmək üzrədir.

Komanda rəhbərliyindən yeni təklif almayan braziliyalının klubdan ayrılması gündəmdədir. Futbolçunun vətəni Braziliyadan və Türkiyə klublarından təklif aldığı bildirilir.

Qeyd edək ki, bu mövsüm cəmi 7 matçda forma geyinən Sandro 307 dəqiqə meydanda olub.

writer photo
Əlirza Əlirzalı
0